Di seguito il testo della canzone Ağ Çiçəklər , artista - Айгюн Кязымова con traduzione
Testo originale con traduzione
Айгюн Кязымова
Mənim ömrüm qəmli kitab\nHər sətiri bir iztirab\nBu taleyin oyununda\nQismət payım minbir əzab\nNaxış vurar ilmə-ilmə\nNazın olar kəlmə-kəlmə\nQəlb qapısı açıq qalıb\nNecə deyim kədər kəlmə\nSirdaşımdır ağ çiçəklər\nGöz yaşımdır çiçəklər\nKor bəxtimin xalısında\nNaxışımdır çiçəklər\nDərd uzanır aydan-ilə\nQarşılaram gülə-gülə\nQaranlıqdan səhərəcən\nŞam əriyir gilə-gilə\nDoğmalaşıb gündüz-gecə\nHər birində var işgəncə\nYazıram öz həyatımı\nButa-buta, qönçə-qönçə\nSirdaşımdır ağ çiçəklər\nGöz yaşımdır çiçəklər\nKor bəxtimin xalısında\nNaxışımdır çiçəklər\n(poetry)\nMənim ömrüm qəmli kitab\nHər sətiri bir iztirab\nBu taleyin oyununda\nQismət payım minbir əzab\nQismət payım minbir əzab
Canzoni in diverse lingue
Traduzioni di alta qualità in tutte le lingue
Trova i testi che ti servono in pochi secondi